İnsanlara hürriyət, millətlərə istiqlal!

Zülmətə qərq olan Yardımlıda dəhşətli toz qasırğası-Video

Yardımlı və Lerik rayonlarında səhər saatlarından etibarən əsən güclü küləyin günorta saatlarında daha da gücləndiyi barədə xəbər vermişdik.

Musavat.com yerli sakinlərə istinadən bildirir ki, cənub küləyinin qasırğaya çevrilməsi səbəbindən Yardımlı şəhər mərkəzi daxil, bütün yaşayış məntəqələrində elektrik enerjisinin təchizatı dayandırılıb. Bildirilir ki, elektrik təsərrüfatına xeyli ziyan dəyib, dirəklər aşıb, naqillər qırılıb. Bir çox ərazilərdə internetlə bağlı problemlər yaranıb.

Axşam saatlarında qasırğa toz dumanının havaya sovrulması ilə müşayiət olunub. Məlumata görə, Ərdəbil bölgəsində toz fəlakəti yaşanır və əraziyə qonşu olan Yardımlı və Lerik ərazilərinə də təsirini göstərib. Sosial şəbəkələrdə yayılan, Yardımlıda çəkilmiş kadrlar heyrət doğurur.

Hələlik əhaliyə dəymiş zərərlə bağlı hər hansı rəsmi açıqlama yoxdur.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR