İnsanlara hürriyət, millətlərə istiqlal!

Zukerberq Ağ Evdən şikayət etdi: "FACEBOOKA TƏZYİQLƏR GÖSTƏRİLİR"

Meta şirkətinin qurucusu Mark Zukerberq deyir ki, Ağ Ev ona Facebook-da COVID-19-la bağlı kontentin senzura olunması üçün təzyiqlər göstərib.

ABŞ Nümayəndələr Palatasının məhkəmə sistemi üzrə komitəsinə məktubunda Zukerberq yazır ki, Ağ Evin vəzifəli nümayəndələri Facebook əməkdaşları üzərinə təzyiqlər ediblər.

Onun sözlərinə görə məmurlar yumor və satira da daxil, kontentin platformadan silinməsini və ya məhdudlaşdırılmasını istəyirdilər.

Zukerberq etiraf edib ki, hökumət tərəfindən Facebook-a təzyiqlər səhv addım idi. O daha əvvəl bu təzyiqlərə qarşı çıxmadığına görə təəssüfünü bildirib.

Rusiya təhlükəsi

Bundan başqa Meta şirkətinin qurucusu yazır ki, Facebook Co Baydenin ailəsində iddia olunan korrupsiya ilə bağlı materialın reytinqini azaldıb.

Zukerberq izah edib ki, bu, Rusiya dezinformasiyası təhlükəsinə görə faktların yoxlanması ilə bağlı idi.

Meta rəhbəri vəd edib ki, onun şirkəti bundan sonra yoxlanmamış materiallara belə münasibət göstərməyəcək.

2021-ci ilin avqustunda Meta bildirmişdi ki, pandemiya zamanı Facebook və Intagram-da COVID-19 haqqında dezinformasiyanın yayılması qaydalarını pozan 20 milyonadək post silinib.

Bundan başqa 190 milyondan çox posta “informasiya yanlışdır” qrifi vurulub.

(AzadlıqRadiosu)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR