Onlayn ictimai-siyasi qəzet
Fransa millisinin sabiq futbolçusu Zinəddin Zidan Marsel şəhərində olimpiya məşəlini yandıracaq.
Bu barədə "Lequipe" nəşri məlumat yayıb.
Marseldə XIX əsrə aid üçdirəkli yelkənli Belem gəmisinin Yunanıstanda olimpiya alovu ilə Fransaya gəlişi münasibəti ilə bayram tədbiri keçirilir.
Axşam gəmi limana yanaşacaq və olimpiya məşəli quruya ötürüləcək. Fransada olimpiya məşəli estafetinin ilk iştirakçısı üzgüçü Floren Manaudu olacaq. O, daha sonra bunu adı açıqlanmayan ikinci iştirakçıya ötürəcək. Proqram dəyişməsə, üçüncü məşəlçi Zinəddin Zidan olacaq.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.//Report
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ