İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəvvarların avtobusu qəzaya uğrayıb, 20 nəfər ölüb, onlarla insan yaralanıb

Səudiyyə Ərəbistanında Ümrə Ziyarətinə gedən zəvvarları daşıyan avtobusun körpüyə çırpılması və sonradan yanması nəticəsində 20 nəfər ölüb, daha 29 nəfər yaralanıb.

Məlumata görə, Məkkəyə gedən avtobusun qəzaya uğramasında əyləc sistemindəki nasazlıq olub.

Hadisə yerinə çoxlu sayda təcili yardım maşını və yanğınsöndürənlər göndərilib. Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb.

Yerli mənbələr bildiriblər ki, qəzaya uğrayan avtobusdakı sərnişinlər Yəməndən olan ziyarətçilərdir.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR