İnsanlara hürriyət, millətlərə istiqlal!

"Zəngəzur dəhlizi Azərbaycan və Türkiyəyə buna görə lazımdır"

"Zəngəzur dəhlizi Türkiyə və Azərbaycana pantürkist ideyalarının həyata keçirilməsi üçün lazımdır".

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli politoloq Andranik Ovannisyan teleqram kanalında yazıb.

"2020-ci ilin noyabrında Qarabağda müharibə başa çatdıqdan sonra Ankara və Bakı regionda nəqliyyat kommunikasiyalarının açılması mövzusunu təbliğ etməyə başladılar. 2023-cü ilin sentyabrında baş verən hadisələr bölgədəki güc balansını kökündən Ankara və Bakının xeyrinə dəyişib. İndi Türkiyə və Azərbaycan hakimiyyəti artıq öz real maraqlarını gizlətmirlər", - deyə erməni ekspert qeyd edib.

"Ermənistandan keçən dəhliz Türkiyəni həm Azərbaycan, həm də digər türk dövlətləri ilə birləşdirəcək, türk dövlətlərinin inteqrasiyasının inkişafına təkan verəcək", - deyə Ovannisyan Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlunun bu sözlərini xatırladıb.

Ovannisyanın sözlərinə əsasən, bu dəhlizə bunun üçün hətta iki ad verilib - Türkiyə ilə Azərbaycan arasında əlaqələrin qurulmasına görə "Zəngəzur", İstanbuldan Alma-Ata və Bişkekə qədər türk dövlətlərinin inteqrasiyasını təmin etməsi baxımından isə "Türk Yolu".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR