Onlayn ictimai-siyasi qəzet
Niderland Qarabağdan könüllü şəkildə köçmüş erməniləri əlverişli qiymətə mənzillə təmin etmək üçün Ermənistana 14 milyon avro verəcək.
Musavat.com erməni mediasına istinadən bildirir ki, bu barədə Hollandiyanın xarici işlər naziri David van Wiel X şəbəkəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşünün nəticələrini şərh edərkən yazıb. David van Weel əlavə edib: “Bu gün həmçinin Hollandiyanın Qarabağdan olan qaçqınlar üçün əlverişli mənzillə təmin edilməsi üçün Qlobal Güzəştli Maliyyələşdirmə Aləti vasitəsilə 14 milyon avro ayıracağı açıqlanıb”.
P.S.Qarabağdan getmiş ermənilərə kim nə qədər pul ayırır, öz işidir. Amma unutmasınlar ki, onlar 2023-cü ilin antiterror əməliyyatından sonra Azərbaycan dövlətinin təhlükəsizlik təminatına baxmayaraq, holland nazirin iddia etdiyi kimi, qaçaraq yox, adi qaydada, Laçın sərhəd buraxılış məntəqəsindən keçərək Ermənistana getmişdilər...
Musavat.com
18 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ