Onlayn ictimai-siyasi qəzet
Zəlzələ ilə bağlı Daxili İşlər Nazirliyi gücləndirilmiş iş rejiminə keçib.
Musavat.com Trend-ə istinadən bildirir ki, bunu Xəzər dənizində baş verən zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında Daxili İşlər Nazirliyin (DİN) Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev deyib.
Onun sözlərinə, əhali arasında ajiotaj yaranmasın deyə polis orqanları öz işlərini aparırlar.
"İndiyə qədər polisə heç bir müraciət olunmayıb. Polis tərəfindən bütün zəruri tədbirlər görülür. Oğurluq faktı qeydə alınmayıb", - deyə o qeyd edib.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 08:16-da Xəzər dənizində maqnitudası 5.6 olan zəlzələ baş verib. Zəlzələ ocağının dərinliyi 68 km təşkil edib. Zəlzələnin episentri Siyəzən stansiyasından 60 km şərqdə Xəzər dənizində olub.
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ