İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəlzələ Naxçıvanda dağıntılara səbəb olub? - RƏSMİ AÇIQLAMA

"Zəlzələ Naxçıvan Muxtar Respublikasında heç bir dağıntıya səbəb olmayıb".

Musavat.com xəbər verir ki, bu barədə apa-ya Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi məlumat verib.

Bildirilib ki, hazırda muxtar respublikanın bütün şəhər və rayonlarından məlumat toplanılıb və heç bir dağıntı qeydə alınmayıb.

Qeyd edək ki, yerli vaxtla saat 15:47-də Naxçıvan stansiyasından 131 km cənub-qərbdə, İran ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ Naxçıvan Muxtar Respublikasında 5-3 bala qədər hiss olunub.

Zəlzələnin maqnituası 5.5, dərinliyi 10 km olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR