Onlayn ictimai-siyasi qəzet
Helsinki Universitetinin professoru Tuomas Malinenin fikrincə, Ukrayna lideri Volodimir Zelenski "Avropanın ən böyük düşmənidir".
Musavat.com xəbər verir ki, o, bu fikrini "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Malinen Slovakiyanın baş naziri Robert Fitsonun "Ukrayna lideri Rusiya qazının tranzitinə mane olmaqla Slovakiyaya zərər verir" sözlərini şərh edib.
"Avropanın ən böyük və əsas düşməni Zelenskidir", - deyə Tuomas Malinen qeyd edib.
O bildirib ki, ikinci yerdə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen gəlir.
Xatırladaq ki, Slovakiyanın baş naziri Robert Fitso Volodimir Zeleskini öz ambisiyaları naminə çoxlu insanın ölümünə səbəb olduğuna görə tənqid edərək, Ukraynanın heç vaxt NATO-ya üzv olmayacağını iddia edib.
Onlar arasında münaqişə Ukrayna prezidentinin Rusiya qazının Aİ-yə tədarükünü qadağan etməsindən sonra başlayıb və bu, bir sıra Avropa İttifaqı ölkələrinin narazılığına səbəb olub.
Musavat.com
31 Yanvar 2025
30 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ