İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskiyə əvəz axtarışı - Blinkenin görüşdüyü o şəxs...

ABŞ Ali Radanın keçmiş spikeri Dmitri Razumkovla danışıqlar aparır, amma başqa namizədlər də var

Rusiyanın Xarici Kəşfiyyat Xidməti(RXKX) ABŞ-ın Ukrayna prezidenti Vladimir Zelenskiyə alternativ tapmaq üçün səylərini artırdığını bildirib. RXKX-nin məlumatına görə, ukraynalılar davam edən hərbi əməliyyatlardan narazıdırlar. Mümkün varislər siyahısına keçmiş dövlət başçısı Pyotr Poroşenko, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı, Kiyev meri Vitali Kliçko və başqaları daxildir.

Musavat.com NEWS.ru saytı onlardan kimlərin ölkəyə rəhbərlik edə biləcəyini və Rusiyanın kiminlə işləməyə hazır mümkünlüyünü araşdırıb.

Bildirilir ki, Ukrayna əhalisi davam edən hərbi əməliyyatlara görə getdikcə daha çox narazılıq ifadə edir. Vətəndaşların dövlət qurumlarına inamsızlığı, xüsusən də may ayında Zelenskinin prezidentlik səlahiyyətləri başa çatdıqdan sonra artıb. Bununla bağlı ABŞ Ukrayna liderinə alternativ tapmaq səylərini gücləndirib. Rusiya Xarici Kəşfiyyat Xidməti bu məlumatı iki ay əvvəl Kiyevdə yaşayan agentindən alıb. Məxfilikdən çıxarılan şifrəqramma “Razvedçik” jurnalında dərc olunub. Nəşr həmçinin Zelenskinin mümkün varislərinin siyahısını da saytda yerləşdirib. Məqalədə bildirilir ki, Ukrayna Prezidentin Aparatının rəhbəri Andrey Yermak, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı və Ali Radanın keçmiş spikeri Dmitri Razumkovla bu istiqamətdə danışıqlar aparılır. Nəşr qeyd edir ki, amerikalılar və avropalılar Ukrayna prezidentinin hələlik vəzifəsində qalmasını istəyirlər, çünki o, Qərb silah istehsalçılarına və Kiyevə böyük gəlir gətirən “müharibəni maliyyələşdirmə sxemləri”nə bağlıdır. 

Screenshot_1.png (343 KB)

Materialda ABŞ-ın Ukraynanın keçmiş rəhbəri Pyotr Poroşenko və Kiyevin meri Vitali Kliçko ilə də əlaqə saxladığı qeyd edilir. Döyüş zonasında vəziyyət kəskin pisləşərsə, onlar Zelenskini əvəz edə bilərlər.

Ali Radanın keçmiş deputatı Spiridon Kilinkarov NEWS.ru-ya bildirib ki, ABŞ Zelenskiyə alternativ axtarır, çünki onlar üçün Ukraynada öz təsirlərini saxlamaq vacibdir. O qeyd edib ki, Zelenskinin may ayında prezident kimi legitimliyini itirməsi “həlli çətin problemlər” yaradır, ona görə də Kiyevdə hakimiyyətin dəyişməsi çox ehtimal olunur.

“Ukraynanın borcu var, onu ödəmək lazımdır, amma bunun üçün vəsait yoxdur. Bu o deməkdir ki, onlar yenidən strukturlaşdırılmalıdır. Bunun üçün Ukrayna hökumətindən kimsə bu sənədləri imzalamalı olacaq. Belə olan halda prezidentin və hökumətin, avqustun 29-da isə parlamentin legitimliyi bitir. Biz bu vəziyyətdən çıxmalıyıq, ona görə də prezidentliyə alternativ namizəd axtarılır aparılır”, - deyə Kılınkarov izah edib. O da iddia olunur ki, ABŞ dövlət katibi Blinken Kiyevə son səfəri zamanı təkcə Zelenski ilə deyil, həm də Razumkovla, eləcə də müxalifət nümayəndələri ilə görüşüb. 

Screenshot_2.png (594 KB)

Bildirilir ki, Zelenskinin mümkün varisi kimi Zalujnı ilə də əlaqə saxlanılır. Amma Ukraynada hakimiyyətin necə formatlaşdırılacağı hələlik məlum deyil. Bu, Zelenskinin ABŞ-ın Kiyevdə hakimiyyəti dəyişmək cəhdlərinə necə reaksiya verməsindən asılıdır. ABŞ-da prezident seçkiləri keçiriləcək noyabra qədər bu məsələyə aydınlıq gəlməyəcək.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR