İnsanlara hürriyət, millətlərə istiqlal!

“Zelenskinin “öldü” xəbəri yayılacaq, amma... ” - ekstrasens

 

Öncəgörən Yuliya Pero deyib ki, dünya qaynar münaqişələr nəticəsində bir sıra ekoloji və iqlim fəlakətləri ilə də üzləşəcək

Rusiyanın Ukraynada başlatdığı müharibə 10-cu aydır ki, davam edir. İndi demək olar ki, bütün dünya hər gün insanların öldüyü, döyüş meydanına yeni silahların göndərildiyi müharibənin nə vaxt başa çatacağı və bu münaqişənin hansı nəticələri olacağını maraq edir. İndi siyasətçilər yaxasını çəkib bir kənara oturduğu vaxt müharibənin nə vaxt və hansı nəticələri olacağı haqda öncəgörənlər, ekstrasenslər danışmağa başlayıblar.

Rusiyalı eksrtasens və öncəgörən Yuliya Pero mk.ru saytına müsahibəsində iddia edib ki, müharibənin sonunda Ukraynanın dağılması qaçılmaz olacaq. Onun dediyinə görə, “ulduzlar bu barədə dəqiq deyir”.

Müharibəyə gəlincə, Yuliya Peroya görə, hərbi əməliyyatlar 2023-cü ilin sonuna qədər davam edəcək və Rusiya ordusu məhz bu tarixdə qarşısına qoyduğu məqsədlərə nail olacaq. “Bununla belə, Rusiya ilə Qərb arasında bütün münaqişəli münasibətlər yalnız 2025-ci ilin əvvəlinə qədər tam həll olunacaq. İndi siyasi liderlər təəssüf ki, danışıqlara o qədər də həvəsli deyillər, lakin 2025-cü ildə onların düşüncələrində və qərarlarında ciddi dəyişikliklər baş verəcək. Onlara aydın olacaq ki, köhnə siyasətlə daha irəli getmək mümkün deyil və həll yollarını axtarmalıdırlar”.

69730955504ac63992c01bc3b054a3d9.jpg (37 KB)

Putin haqda danışmayan rusiyalı ekstrasens Zelenskinin taleyinə gəlincə, maraqlı proqnoz irəli sürüb. “Bütün dünya onun öldüyünə əmin olacaq, amma əslində ölməyəcək. Ukrayna faktiki olaraq lidersiz qalacaq və bir dövlət kimi parçalanmağa başlayacaq. 2025-ci ilə qədər son dağılma baş verəcək, ərazilərin bir hissəsi Rusiya Federasiyasına, bir hissəsi isə Avropaya birləşdiriləcək” deyə, o bildirib.

Ekstrasens deyib ki, dünya qaynar münaqişələr nəticəsində bir sıra ekoloji və iqlim fəlakətləri ilə də üzləşəcək. Bunun isə insanlıq üçün ciddi təhdid olduğunu zamanla dünyanı idarə edən liderlər də anlayacaq. “Dünya təbii fəlakətlərlə üzləşəndən sonra insanların gözü açılacaq. Rusiya ilə Ukrayna arasında münasibətlər arxa plana keçəcək. Bəzi ölkələr sözün əsl mənasında yaşamaq üçün mübarizə aparmalı olacaqlar.

“Rusiyanın Avropa və Amerika Birləşmiş Ştatları ilə münasibətləri gələcəkdə necə inkişaf edəcək” sualına Yuliya Pero “Avropa ilə münasibətlər tam şəkildə tənzimlənəcək. Bütün sanksiyalar aradan qaldırılacaq. Amerika ilə bu, bir az daha mürəkkəbdir, lakin hər halda, yeni prezident seçildikdən və təsvir etdiyim bir sıra hadisələrdən sonra onların da “pis sülh müharibədən yaxşıdır” mövqeyini tutmaqdan başqa heç bir yolu qalmayacaq” deyib.

Orxan ƏLİYEV,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR