Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Vladimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio ilə Rusiya ilə İstanbulda keçirilən danışıqları müzakirə edib.
Musavat.com xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb: "Biz cəbhədəki vəziyyəti, hava hücumundan müdafiə sahəsində Ukraynaya dəstəyi gücləndirməyin zəruriliyini müzakirə etdik. İstanbulda ruslarla görüşlər, danışıqların sonrakı gedişi, əsirlərin mübadiləsi ilə bağlı da fikirlərimizi bölüşdük”. Yermak ABŞ-ı Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə çağırıb.
Bir gün əvvəl Yermak bu mövzunu ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoff və ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla ayrıca müzakirə edib.
Musavat.com
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ