İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskinin ABŞ vitse-prezidenti ilə görüşü son anda TƏXİRƏ SALINDI - SƏBƏB

Ukrayna prezidenti Volodimir Zelenski və ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Müxhen Təhlükəsizlik Konfransı çərçivəsində planlaşdırılan görüşü son anda təxirə salınıb.

Musavat.com xəbər verir ki, Ukrayna mediasının Kiyev nümayəndə heyətindəki mənbəyə istinadən verdiyi məlumata görə, ABŞ tərəfi faydalı qazıntılarla bağlı əməkdaşlıq sazişinin layihəsini yenidən işləməyə ehtiyac duyduğunu bildirib.

Məlumatda qeyd olunur ki, Ukrayna sənədə düzəlişlər edərək tərəfdaşlıq haqqında memorandumun layihəsini ABŞ-a təqdim edib.

Bundan sonra Vaşinqton əlavə müzakirələr aparmaq üçün saat 17:00-dək vaxt istəyib. Hazırda məsələ ilə bağlı əlavə detallar açıqlanmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Mart 2025

02 Mart 2025

BÜTÜN XƏBƏRLƏR