İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskini dinc yolla devirmək alınmadı - ABŞ “sülh planı”ndan Ukraynada seçki tələbinı çıxardı

ABŞ-ın təqdim etdiyi “sülh sazişi” layihəsində artıq Ukraynada seçkilərin keçirilməsi tələbinə yer verilmir.

Musavat.com xəbər verir ki, “Radio Svoboda”nın diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, bu tələb əvvəllər ABŞ tərəfindən mümkün şərt kimi irəli sürülsə də, indi “sakitcə” rəsmi mövqedən çıxarılıb.

Mənbələrin bildirdiyinə görə, hazırda Rusiya tərəfi Ukraynada seçkilərin keçirilməsi tələbini gündəmdə saxlamağa cəhd edə bilər.

Məlumatda qeyd olunur ki, Fransa, Almaniya və Böyük Britaniya kimi Avropa ölkələri Ukrayna, ABŞ və Rusiya arasında dialoqu bərpa etmək üçün ciddi səylər göstərir. Avropanın əsas strategiyası ilk növbədə ABŞ-ı danışıqlar prosesində saxlamaq, Ukrayna ilə əlaqənin kəsilməməsini təmin etmək olub.

Bununla belə, Avropa rəsmiləri hesab edirlər ki, ABŞ-ın danışıqlardan çəkilmək təhdidi əslində Ukraynaya təzyiq vasitəsidir. Onların fikrincə, Prezident Donald Tramp sərt və ultimatum xarakterli addımlar atmaqla danışıqlarda üstünlük əldə etməyə çalışır. Eyni tendensiya onun yaxın keçmişdə gömrük tarifləri siyasətində də müşahidə olunub: sərt qərarlar verib, sonra isə geri çəkilib.

Beləliklə, Ukrayna ilə bağlı sülh danışıqları fonunda ABŞ-ın mövqeyində dəyişikliklər qeydə alınır, Avropa isə prosesə daha çox nəzarət etmək üçün fəallığını artırır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR