İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskidən TƏCİLİ: Briqadaları HAZIRLAYIN! Rusiya cənubdan HÜCUMA keçir - CANLI

Gələn həftədən etibarən Rusiya cənubda yeni hücuma keçə bilər. Mariupol merinin müşaviri Pyotr Andryuşenko deyib. Onun sözlərinə görə, Donetsk vilayətinin Mariupol və Zaporojye vilayətinin Berdyansk ətrafındakı düşərgələrdə rus ordusu tərəfindən hazırlıq tədbirlərinə başlanılıb.

Ukraynada tammiqyaslı müharibə Vladimir Putinin təcrid olunması və digər tərəfdaşlar tərəfindən diplomatiyaya yönəldilməsi ilə başa çata bilər. Ukrayna Prezidenti Volodimir Zelenski “Finansial Times”-a müsahibəsində deyib.

Prezident qeyd edib ki, NATO-ya dəvəti Ukraynanın müharibəni bitirmək üçün diplomatik imkanlarını gücləndirəcək: “Biz (NATO-ya) dəvət olmadan çox güclü ola bilmərik... Bu müharibə Putin təcrid ediləndə və digər tərəfdaşlar tərəfindən diplomatiyaya sövq ediləndə sona çatacaq”.

Ukrayna liderinin sözlərinə görə, ölkəsinin NATO-ya dəvət edilməsi Ukrayna xalqının və əsgərlərinin ruhunu yüksəldəcək: “Dəvət NATO-ya doğru daha bir addım və onların övladlarının ölməyəcəyi deməkdir. Əgər NATO-ya dəvət almasaq, ruh yüksəkliyi düşəcək”.

Zelenski həmçinin, Qərb müttəfiqlərini döyüş meydanında Ukrayna qoşunlarını əvəz edə biləcək hərbi kontingentlərin hazırlanmasına başlamağa çağırıb: “Bizim bütün ölkələrə mesajımız: briqadalar hazırlayın, onlar ehtiyatda ola və yorğun adamlarımızı döyüş meydanında əvəz edə bilər”. Bunu Zelenski NATO-nun Baş katibi Mark Rutte ilə birgə brifinqdə deyib.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron bu ilin fevralında NATO qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyünü elan etmişdi. Lakin Kiyevin əksər müttəfiqləri, o cümlədən ABŞ və Almaniya bu ideyanı açıq şəkildə rədd etdi.
NATO-nun keçmiş baş katibi Yens Stoltenberq də belə bir variantı istisna edib. Eyni zamanda, NATO-nun hərbi komitəsinin rəhbəri Rob Bauer vurğulayıb ki, alyansa üzv olan istənilən ölkənin qoşunlarının Ukraynaya göndərilməsi məsələsi bütün blok tərəfindən müzakirə edilməlidir.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu və siyasi şərhçi Aqşin Kərimova gündəmi dəyərləndirirlər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR