İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskidən Putinə: QİSASIMIZ OLACAQ! Elçin Alıoğlu CANLI-da

“Bu gün Rusiya arsenalında olan hər şeylə vururdu: “Xəncər”, S-300, qanadlı raket, PUA-lar. Strateji bombardmançılar X-101/X-505 raketləri buraxdılar. Təxminən 110 raket atıldı, onların da əksəriyyəti vuruldu”. Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Terrorçuların zərbələrinə mütləq cavab verəcəyik. Ölkəmizin, hər bir şəhərimizin və bütün xalqımızın təhlükəsizliyini təmin etmək üçün mübarizə aparacağıq. Rusiya terroru məğlub olmalıdır və olacaq”, - Zelenski bildirib.

Dekabrın 29-na keçən gecə Ukrayna hərbçiləri Rusiyanın Murmansk vilayətindəki Olenya aerodromundan 9 ədəd “Tu-95MS” təyyarəsinin havaya qalxdığını qeydə alıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin gecə yaydığı məlumata görə, heç də tez-tez istifadə olunmayan bu strateji bombardmançılardan Ukraynaya qarşı kütləvi raket hücumunda istifadə olunacağı gözlənilir. Bir müddət sonra Kiyev də daxil olmaqla, Ukraynanın ayrı-ayrı bölgələrinə raket və PUA hücumunun başlandığı məlum olub. Artıq bu, son aylar ərzində müşahidə olunan ən kütləvi raket və PUA hücumu kimi xarakterizə olunur.

İlk olaraq Rusiyanın səhər tezdən Sumı vilayətinin Konotop şəhərinə raket zərbələri endirdiyi barədə xəbər yayılıb. Nəticədə yaşayış binasına və texniki xidmət stansiyasına ziyan dəyib, üç nəfər yaralanıb.Daha sonra Kiyev şəhərində, Kiyev vilayətində, Zaporojye və Dneprdə partlayışlar baş verib.

Odessa, Xarkov və Lvovda da partlayış səsləri eşidilib.Kiyevdə və digər şəhərlərdə HHM sistemləri işə düşüb. Paytaxtda raketlərin hissələrinin bir neçə əraziyə düşməsi qeydə alınıb, ilkin məlumata görə, çoxmərtəbəli yaşayış binasında yanğın baş verib, xəsarət alanlar var.

TVMusavat-ın bu gün saat 15:00-da canlı yayımlanan “Csnlı debat” verilişində aparıcı Sevinc Telmanqızı siyasi şərhçi-jurnalist Elçin Alıoğlu ilə ilin yekunlarını dəyərləndirir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR