İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskidən MÜHÜM AÇIQLAMALAR: "Baydenlə razılaşmışdıq ki..."

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin gələcəyi ilə bağlı vacib açıqlamalar verib.

Musavat.com xəbər verir ki, o, Ukraynaya uzunmüddətli sülhün lazım olduğunu vurğulayaraq, tərəfdaşlarla maliyyə məsələlərində mövqeyini açıqlayıb.

"Tramp əbədi deyil, amma bizə uzun illər davam edəcək sülh lazımdır", - Ukrayna lideri deyib.

Zelenskinin əsas bəyanatlarını təqdim edirik:

500 milyard dollarlıq borc məsələsi

  • "Bütün tərəfdaşlarımıza hörmətimiz böyükdür, lakin biz 500 milyard dollarlıq borcu tanımırıq".

Maliyyə razılaşmaları və qrant məsələsi

  • "Mən hətta 100 milyard dollarlıq borcu da tanımıram. Biz Baydenlə razılığa gəlmişdik ki, bu vəsait qrant şəklində olacaq. Qrant – borc deyil".

ABŞ-la yeni maliyyə razılaşması

  • "Hazırda komandamız Uolts ilə saziş üzərində işləyir. Artıq orada nə 500 milyard dollar var, nə də faiz dərəcələri. Yəni, irəliləyirik, hər şey qaydasındadır".

ABŞ-dan hərbi yardım

  • "Hazırda ABŞ-dan dəstək var. Bu, 15 milyard dollardır ki, hələ Kiyevə çatmayıb. Bu vəsait silah və digər texnologiyalar üçün nəzərdə tutulub. Bu yardım Baydenin prezidentlik dönəmində qəbul edilən qərara əsaslanır".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR