İnsanlara hürriyət, millətlərə istiqlal!

Həsən Kürün hazırki vəziyyəti açıqlanıb

İntihara cəhd etmiş şair Həsən Kürün hazırki vəziyyəti açıqlanıb.

Sabunçu xəstəxanasının mətuat xidmətindən cavab olaraq bildirilib ki, xəstənin vəziyyəti hazırda ağır stabildir.

Qeyd edək ki, ona qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə zəruri tibbi yardımlar göstərilib.
Hazırda müalicəsi Cərrahi profilli reanimasiya şöbəsində davam etdirilir.

Xatırladaq ki, gənc şair Həsən Kür dünən Sabunçu rayonunda yerləşən "Sevinc Mall" ticarət mərkəzində özünü ticarət mərkəzinin 3-cü mərtəbəsindən atıb.

İlkin məlumata görə, Həsən Kür maddi problemlərə görə özünü öldürmək istəyib.\\APA

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Fevral 2025

23 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR