Onlayn ictimai-siyasi qəzet
Kreml rəsmisi Dmitri Peskov Ukrayna prezidenti Vladimir Zelenski və ölkənin keçmiş lideri Pyotr Poroşenkonun axtarışda olanlar siyahısına əlavə edilməsinə münasibət bildirib.
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, Rusiya liderinin mətbuat katibi bunun rusiyalı müstəntiqlərin işinin nəticəsi olduğunu qeyd edib.
“Müvafiq idarələrimiz üzərlərinə düşəni edirlər. Müstəntiqlərimizin Kiyev rejiminin cinayətləri ilə bağlı topladığı külli miqdarda məlumat var”, - Peskov bildirib.
Bundan əvvəl Rusiya Daxili İşlər Nazirliyi Ukrayna prezidenti Vladimir Zelenskini cinayət işi üzrə axtarışa vermişdi. Keçmiş ölkənin rəhbəri Pyotr Poroşenko da axtarışa verilib.
Musavat.com
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ