İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski uşağın əlindən konfetini alırmış kimi, ABŞ-dan 350 milyard qopardı – Tramp yenə “banka”nı qırdı

ABŞ prezidenti Donald Tramp yenidən Ukraynaya ayrılan hərbi yardımla bağlı sərt fikirlər səsləndirib.

Musava.com xəbər verir ki, "Fox News"a müsahibəsində Tramp ABŞ-ın Ukraynaya 350 milyard dollar yardım etdiyini və bunun Zelenskinin uşağın əlindən konfetini almasına bənzədiyini bildirib.

Trampın fikrincə, Zelenski ABŞ-ın dəstəyinə layiqincə təşəkkür etmir və əksinə, Vaşinqtondan daha çox pul qoparmağa çalışır. O, həmçinin prezidentliyi dövründə Ukraynaya Javelin tank əleyhinə raketlərinin göndərildiyini xatırladıb.

Respublikaçı lider yenidən vurğulayıb ki, 2021-2025-ci illərdə Ağ Evdə olsaydı, Rusiya heç vaxt Ukraynaya hücum etməzdi, eləcə də 7 oktyabr 2023-cü ildə İsrailə HƏMAS-ın hücumu baş verməzdi.

@@TVmusavat/110177@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Mart 2025

09 Mart 2025

BÜTÜN XƏBƏRLƏR