İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski: Ukraynanın hava hücumundan müdafiəsi gücləndirilməlidir

Musavat.com xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin hava hücumundan müdafiə qüvvələrinə təşəkkür edib və hava hücumlarından qorunmaq üçün daha çox dəstəyə ehtiyac olduğunu vurğulayıb.

"Hər gecə Rusiyanın genişmiqyaslı dron hücumları ilə keçir. Hər dəfə yüzə yaxın ‘Şahed’ dronu hücuma keçib. Çoxu məhv edilib – təkcə bu gecə 97 dron vurulub. Mobil atəş qrupları, radioelektron mübarizə bölmələri, hava hücumundan müdafiə qüvvələri – hamınıza təşəkkür edirəm. Təəssüf ki, bəzi dronlar hədəfə çatıb. Hava müdafiəmizin daha da gücləndirilməsi vacibdir və bu istiqamətdə işlər dayandırılmayacaq. Bizi bu məsələdə dəstəkləyən bütün tərəfdaşlarımıza minnətdaram. Lakin daha çox hava hücumundan müdafiə sistemləri və dronları vurmaq üçün daha çox sursata ehtiyacımız var. Bütün tərəfdaşlarla bu mövzuda danışırıq", O deyib. 

Prezident son hücumların fəsadlarından da danışıb: "Bu gecə, təəssüf ki, Kiyevdə Rusiyanın dron hücumları nəticəsində üç nəfər həlak olub. Onlardan biri ata və onun beş yaşlı qızı idi. Bundan öncə isə Rusiyanın Zaporojyeyə endirdiyi zərbə bütöv bir ailənin həyatına son qoydu – ana, ata və qızları. Onların yaxınlarına başsağlığı verirəm".

Zelenski Rusiyaya qarşı daha çox təzyiq göstərilməsinin vacibliyini vurğulayıb: "Bu terrorun dayandırılması üçün Rusiyaya təzyiqi artırmaq lazımdır. Bu, Amerika, Avropa və dünyanın digər ölkələrinin ortaq səylərindən asılıdır". 

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Mart 2025

BÜTÜN XƏBƏRLƏR