Onlayn ictimai-siyasi qəzet
İsrail yalnız Qəzzada qalan girovların hamısı azad olunarsa, atəşkəsə razılaşacaq.
Musavat.com xəbər verir ki, bunu İsrailin strateji işlər naziri Ron Dermer Qəzza danışıqlarında vasitəçi olan Qətər nümayəndələri ilə görüşdə deyib.
Onun sözlərini Axios-un jurnalisti Barak Ravid mənbələrə istinadən X sosial şəbəkəsində yazıb: "Dermer bu gün Parisdə Qətərin yüksək rütbəli rəsmiləri ilə girovlar və Qəzzada atəşkəslə bağlı razılaşmanı müzakirə etmək üçün görüşüb. Görüşün təfərrüatları ilə tanış olan mənbə bildirib ki, Dermer İsrailin belə bir razılaşmaya dair tələblərinin müharibəni bitirmək şərtlərinə bənzəyir və bu, bütün girovların azad edilməsi və HƏMAS qrupunun məğlubiyyətidir".
Yüksək rütbəli İsrail rəsmisi Axios-a bildirib ki, Dermer və Qətər nümayəndələri arasında görüş yüksək məxfilik şəraitində keçib və indi mühüm qərarların verilməsi zamanıdır.
Axios xatırladır ki, HƏMAS daha əvvəl Misir və Qətərin 60 günlük atəşkəs və bəzi fələstinli məhbusların İsrail tərəfindən azad edilməsi müqabilində 10 canlı girovun azad edilməsi və 18 ölü cəsədin təhvil verilməsi təklifi ilə razılaşıb. Vasitəçilər HƏMAS-ın reaksiyasını İsrailə çatdırıblar, lakin indiyə qədər İsrail rəsmiləri cavab verməyib.
Avqustun 20-də İsrail Ordusunun sözçüsü briqada generalı Effie Defrin bildirib ki, İsrail ordusu Qəzza şəhərində quru əməliyyatlarına başlayıb və onun ətrafına nəzarəti ələ keçirib.
Musavat.com
22 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ