İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski: “Ukraynada 4,5 milyondan çox insan işıqsız qalıb”

“Ukraynada 4,5 milyondan çox insan işıqsız qalıb”.

“Report”un məlumatına görə, bunu Ukrayna prezidenti Volodimir Zelenski xalqa videomüraciətində deyib.

“Bu gün axşam saatlarında Kiyevdə və 6 regionda stabilləşdirici elektrik enerjisinin kəsilməsi davam edir. 4,5 milyondan çox istehlakçı işıqsız qalıb. Bu, həqiqətən də çətindir”, - o deyib.

Onun sözlərinə görə, həftə ərzində enerji sektorunda vəziyyətin mümkün variantları ilə bağlı rəsmi şəxslər, enerji şirkətləri və regional administrasiyaların nümayəndələri ilə bir sıra xüsusi görüşlər keçirilib:

“Biz hər bir ssenarini ətraflı nəzərdən keçiririk və cavab tədbirləri hazırlayırıq”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR