İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski: Ukrayna mümkün qədər tez Rusiya aktivlərini almalıdır

Ukrayna prezidenti Volodimir Zelenski hesab edir ki, ölkə Rusiyanın dondurulmuş aktivlərini mümkün qədər tez əldə etməlidir.

Musavat.com xəbər verir ki, bu barədə o, Avropa İttifaqının müvafiq proqramlarına və vergilər vasitəsilə istifadə edilən investisiyalara istinad edərək bildirib.

"Ən təhlükəsiz yol bu aktivləri götürmək və Rusiyanın dağıtdığı sahələrin bərpasına yönəltməkdir. Biz bu vəsaitləri ordunun logistikasını yaxşılaşdırmağa, məktəblərdə, universitetlərdə və xəstəxanalarda bombadan qorunma sığınacaqları tikməyə xərcləyə bilərik", – deyə Zelenski vurğulayıb.

O, bu vəsaitlərin tez bir zamanda geri alınmasının vacibliyini qeyd edərək əlavə edib: "Əgər biz bu aktivləri sadəcə dondurmaqla kifayətlənsək və onları götürməsək, müharibədən sonra ruslarla onlar uğrunda mübarizə aparmalı olacağıq. Buna görə də, indi fürsət varkən bu vəsaitləri almaq lazımdır". 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Mart 2025

30 Mart 2025

BÜTÜN XƏBƏRLƏR