Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna, Rusiyanın enerji obyektlərinə zərbələr vurmasının qarşısını almaq üçün ABŞ-a siyahı təqdim etməyi planlaşdırır.
Musavat.com xəbər verir ki, bu addım tərəflər arasında qismən atəşkəs razılaşmasının həyata keçirilməsi məqsədini güdür.
Zelenski qeyd edib ki, Putin tərəfindən enerji obyektlərinə zərbələrin vurulmayacağına dair verilən bəyanatlar təkcə sözlərlə kifayətlənməməlidir.
"Çox istəyirik ki, bu prosesə nəzarət olsun. Bu nəzarətin əsas iştirakçısı ABŞ olmalıdır. Əgər biz belə bir razılaşma əldə etsək, mülki, enerji və infrastruktur obyektlərinin siyahısını hazırlayıb tərəfdaşlarımıza təqdim edəcəyik. Əgər ruslar bizim obyektlərə zərbə vurmazlarsa, biz də onların obyektlərinə vurmayacağıq," – deyə Zelenski əlavə edib.
Musavat.com
19 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ