Onlayn ictimai-siyasi qəzet
Taylandın paytaxtı Banqkokda keçirilən "Kainat gözəli" müsabiqəsi top menecerin canlı yayımda Meksika təmsilçisini alçaltmasından sonra qalmaqala çevrilib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Meksikanı təmsil edən Fatimə Boş müsabiqənin icraçı direktoru Navat İtzaragrisil tərəfindən sərt tənqidə məruz qalıb. Yayım zamanı o, modeli sponsorlarla görüşdə iştirak etməməkdə günahlandırıb və kobudcasına təhlükəsizlik işçilərinə onu "kütbeyin" adlandıraraq zaldan çıxarmağı əmr edib.
Model cavab verməkdən imtina edib və salondan çıxıb. Onun hərəkətlərini hazırkı titul sahibi, danimarkalı Viktoriya Kjær Teilviq də daxil olmaqla digər iştirakçılar dəstəkləyib. Onlar da təşkilatçının davranışından narazılıqlarını bildirərək zaldan çıxıblar. İtzaragrisil isə öz növbəsində gedən hər kəsi diskvalifikasiya ilə hədələyib.
Hadisənin görüntüləri dərhal sosial mediada yayılıb və qəzəbə səbəb olub. İstifadəçilər #StandWithMexico və #JusticeForFatima heşteqləri ilə kütləvi şəkildə paylaşımlar etməyə başlayıblar, üzrxahlıq və icraçı direktorun istefasını tələb ediblər.
“Miss Universe Meksika” təşkilatı rəsmi bəyanat yayaraq top menecerin hərəkətlərini pisləyib və bu cür davranışın hər hansı bir iştirakçıya qarşı qəbuledilməz olduğunu vurğulayıb.
Beynəlxalq təşkilatçılar hadisəni araşdırdıqlarını və vəziyyəti həll etmək üçün artıq baş direktorun rəhbərlik etdiyi nümayəndə heyətini Taylanda göndərdiklərini açıqlayıblar.
Musavat.com
06 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ