İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Trampın erasını başlamamış bitirdi... Özünü nə gözləyir?

“Tramp ABŞ -ın böyüklüyünə özünün şəxsi reytinqi ilə birlikdə böyük ziyan vurdu. Avroatlantika məkanı, yəni Avropa və Böyük Britaniyanın ABŞ-la 74 illik hərbi - siyasi ittifaqı dərin çat verdi”.

Musavat.com xəbər verir ki, bu barədə “Bakı-xəbər” qəzetinin təsisçisi, siyasi şərhçi Aydın Quliyev bildirib. Onun sözlərinə görə, Avropa liderləri yəqin ki, Ukraynaya hərbi siyasi dəstəyi bundan sonra daha da artıracaqlar. ABŞ -ın özünün hərbi-siyasi elitasında Trampa qarşı narazılıqlar və açıq çıxışlar güclənəcək. Bunlar o deməkdir ki, Tramp erası yaranmamış  bitir: “Ola bilər ki, Zelenskinin özünün də sonu gəlsin və Avropa dövlətləri Ukrayna müharibəsində yeni mərhələni yeni liderlə davam etdirmək istəsinlər. Ancaq Trampla Zelenskinin siyasi bitişlərinin fərqi var. Trampın bitməsi siyasi fiaskodur. Zelenskinin bitməsi isə siyasi estafetin növbəti liderə ötürülməsi ola bilər. Ukraynanın yeni mərhələni Zelenskinin özü ilə birgə gedəcəyi də istisna olunmur. 2019-cu ildə Trampa  qarşı başladılmış ilk impiçment prosesinin yeni dalğasının başlanması təhlükəsi reallaşa bilər”.

Siyasi ekspert hesab edir ki, “Amerikaya yeni lider lazımdır” fikri dünya ictimai və diplomatik fikrində getdikcə güclənəcək.  Artıq ilk "partlayış" var: “Avropanın baş diplomatı Kaya Kallas Vaşinqtonda Trampın ulduzunun sönməyə başladığını göstərən hadisədən sonra açıqca dedi ki, azad dünyaya yeni lider lazımdır, biz Ukraynaya hərbi dəstəyi gücləndirməliyik və gücləndirəcəyik.  Kallasın "azad dünya" deyəndə yəqin məhz ABŞ-ı nəzərdə tutduğunu bilirsiniz. ABŞ-ın müxtəlif beynəlxalq təşkilatlarda və dünya ölkələrindəki səfirliklərində diplomatların silsilə istefalarının başlanacağını da istisna etmək olmaz. İstefalar niyə olmaya bilər?! 2003 və 2011- 2024-cü illərdə Səddamın və Bəşər Əsədin səfirləri, 2011-ci ildə Qəddafinin və Mübarəkin səfirlərinin istefalarını görmədik?

Diktatorların diplomatları daha böyük təhlükə altında olmalarına baxmayaraq istefa edə bilirlərsə, ABŞ kimi özünü super demokratik dövlət sayan ölkənin   diplomatları yanlışa etiraz etməyi niyə də bacarmasınlar?! Ərəb baharı zamanı Qərbin liderləri diktatorların diplomatlarını etiraz istefalarına  təşviq etmirdilər?!...Tarix unudulmur. İstefaların ilk növbədə ABŞ - ın Avropa səfirliklərində başlanacağı gözlənilir”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Mart 2025

BÜTÜN XƏBƏRLƏR