Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp son aylarda Rusiyaya qarşı sanksiyaların tətbiqinə tərəddüd etsə də, bu həftə gözlənilmədən sərt qərar qəbul edərək həm Putinə qarşı yeni sanksiyalar elan edib, həm də onunla planlaşdırılan görüş barədə açıqlama verib.
Musavat.com xəbər verir ki, "Bloomberg" yazır ki, Trampın bu “kəskin dönüşünə” səbəb dövlət katibi Marko Rubionun təqdim etdiyi qiymətləndirmə olub. Mənbələrin sözlərinə görə, Rusiyaya qarşı “şahin” mövqeyi ilə tanınan Rubio Prezidentə Moskvanın dəyişməz və aqressiv siyasətini ətraflı şəkildə izah edib. Bu təqdimatdan sonra Tramp “vaxt yetişib” qənaətinə gəlib və sərt addım atmaq qərarına gəlib.
Məlumata görə, Rubionun təsiri ilə Dövlət Departamenti Rusiya xarici işlər naziri Sergey Lavrovla nəzərdə tutulan görüşü də ləğv edib. Səbəb onların telefon danışığı zamanı Kremlin atəşkəslə bağlı danışıqları yenidən uzatmaq və müharibəni davam etdirmək niyyətində olduğunun üzə çıxması olub.
Bloomberg-in yazdığına görə, Rubionun qiymətləndirməsində qeyd edilir ki, Moskva öz mövqeyində heç bir əhəmiyyətli dəyişiklik etmir və Qərbə qarşı təzyiq siyasətini davam etdirir. Bu isə Tramp administrasiyasının Rusiyaya qarşı daha sərt kursa keçidinə səbəb olub.
24 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ