Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Volodimir Zelenski və ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp arasında artıq dialoq qurulub və görüş üçün hazırlıqlar görüləcək.
Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib.
Sibiqa qeyd edib ki, Tramp ABŞ-da seçkiləri qazandıqdan dərhal sonra baş tutan telefon danışığının sürəti bu əlaqənin artıq mövcud olduğunu göstərir.
"Liderlər səviyyəsində gələcək mümkün əlaqələr müzakirə edilib. Və qeyd etdiyim kimi, tərəflər belə bir görüşün təşkili üçün komandaların praktik hazırlıq işlərinə başlaması barədə razılığa gəliblər," - deyə nazir bildirib.
Musavat.com
08 Iyul 2025
07 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ