İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski "sülh və qələbə" planını açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski, bu gün Ali Radada xeyli vaxtdır ictimaiyyətin ondan müharibənin yekunu ilə bağlı gözlədiyi "sülh və qələbə" planını açıqlayıb.

Ali Radadan verilən məlumata görə, V. Zelenski bildirib ki, planı sabah Avropa İtifaqına (Aİ) və Avropa Şurasına (AŞ) da təqdim edəcək.

Prezidentin sözlərinə görə, ümumi plan beş bənd və üç məxfi əlavədən ibarətdir. Birinci geosiyasi, ikinci və üçüncü hərbi, dördüncü iqtisadi, beşinci məqam isə təhlükəsizliklə bağlıdır: "Planın bəndləri zaman üzrə çox konkret hesablanıb. Birinci bəndin əsasını NATO-ya dəvət təşkil edir. İlk 4 bənd - müharibə vaxtı, müharibəni bitirmək üçün, 5-ci isə müharibədən sonra, təhlükəsizliyi təmin etmək üçün hesablanıb", - prezident vurğulayıb.

V.Zelenski bildirib ki, planda əsas şərt Ukraynanın NATO-ya dəvət olunması və tezliklə Alyansa üzv olmasıdır.

O, təkrar edərək bildirib: "Ukraynanı NATO-ya dəvət edilməsi faktı dünya üçün əsas ola bilər. Ukraynanın Alyansa hələ də üzv olmaması onu Rusiyanın hücumuna məruz qoydu".//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR