İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Şoltsla vida söhbətini “səmimi” adlandırdı

Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın kansleri Olaf Şoltsla telefon danışığı aparıb.

Musavat.com xəbər verir ki, Zelenski bu söhbəti “səmimi” və “dostcasına” adlandırıb.

Prezidentin sözlərinə görə, Almaniyanın illərdir davam edən dəstəyi və Şoltsun şəxsi səyləri Ukrayna üçün mühüm əhəmiyyət daşıyır. “Zaman dəyişikliyi çıxışını, Ukraynanın Aİ-yə üzvlüyü üzrə danışıqların başlanmasına səbəb olan tarixi kofe fasiləsini, üç Patriot sistemi və digər hava hücumundan müdafiə vasitələrinin təhvil verilməsini xatırlaya bilərik,” – deyə Zelenski öz “Telegram” hesabında yazıb.

O, həmçinin bildirib ki, Şoltsa Ukraynaya dəstəyini gələcəkdə də davam etdirəcəyinə dair verdiyi vədlər üçün təşəkkür edir. “Həqiqətən dostcasına və hər zaman açıq söhbətləriniz üçün minnətdaram,” – deyə Ukrayna lideri əlavə edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 May 2025

05 May 2025

BÜTÜN XƏBƏRLƏR