Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Vlolodimir Zelenski bildirib ki, Rusiya ordusunun Sumı vilayəti istiqamətində başladığı hücum əməliyyatı uğursuzluqla nəticələnib.
Musavat.com xəbər verir ki, dövlət başçısı bunu təhlükəsizlik rəhbərliyi ilə keçirilən toplantının yekununda açıqlayıb.
Onun sözlərinə görə, sərhəd bölgəsində döyüşlər davam edir, lakin Sumı istiqamətində toplanmış rus hərbi qüvvələri ciddi itkilər verib və hücum qabiliyyətini itirib.
Zelenski vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrinin müqaviməti nəticəsində Rusiya tərəfinin planları puç olub və əməliyyat tamamilə darmadağın edilib.
Musavat.com
14 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ