İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski: Rusiya bir gecədə Ukraynaya 300-dən çox dron və 30 raket atdı

Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 19-na keçən gecə Rusiya tərəfindən Ukraynaya qarşı genişmiqyaslı hücum həyata keçirildiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, 300-dən çox kamikadze dron və 30 raket eyni vaxtda müxtəlif bölgələrə yönəldilib.

Zelenski bildirib ki, hava hücumları zamanı hələ də bir neçə dron səmada məhv edilmək üzrədir. Donetsk, Kirovoqrad, Dnepr, Sumı, Xerson, Volın, Zaporojye, Nikolayev, Odessa və Jitomir vilayətləri hücumlardan zərər görüb.

Ən ağır vəziyyət isə Sumı şəhərində qeydə alınıb – burada kritik infrastruktur dağıdılıb, minlərlə ailə işıqsız qalıb. Şostka şəhəri kombinə edilmiş raket və dron hücumlarına məruz qalıb.

Odessada yaşayış binası zədələnib, 6 nəfər yaralanıb, onlardan biri uşaqdır. Təəssüf ki, bir nəfər həyatını itirib. Zelenski ölən şəxsin ailəsinə başsağlığı verib.

Bundan əlavə, Pavloqrada həm yaşayış evi, həm də mühüm infrastruktur obyektləri zərbə alıb. Zelenski hücumları barbarlıq adlandırıb və beynəlxalq ictimaiyyəti Ukraynanın hava müdafiə sistemlərinə dəstəyi artırmağa çağırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR