Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezidenti Volodimir Zelenski Qərbin Kiyevi NATO-ya qəbul etmədiyi təqdirdə, ölkəsinə nüvə silahı və hərbi kontingent göndərməli olduğunu bildirib.
Musavat.com xəbər verir ki, Britaniyalı jurnalist Pirs Morqana müsahibəsində danışan Zelenski, Ukraynanın təhlükəsizliyini təmin etmək üçün Qərbin daha qətiyyətli addımlar atmalı olduğunu vurğulayıb.
"Bizə nüvə silahlarını geri qaytarın, raket sistemləri verin", – deyə Ukrayna lideri bildirib.
Onun bu bəyanatı beynəlxalq arenada müzakirələrə səbəb olub və Qərbin Ukraynaya dəstəyi ilə bağlı yeni mübahisələri gündəmə gətirib.
Musavat.com
05 Fevral 2025
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ