İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski: Putinlə görüşməyə hazıram

Ukrayna Prezidenti Volodimir Zelenski növbəti açıqlamasında Rusiya ilə danışıqlara hazır olduğunu bildirib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Moskva əvvəlcə Rusiya–Ukrayna formatında, daha sonra isə Rusiya–Ukrayna–ABŞ üçtərəfli formatında görüşün keçirilməsi üçün müraciət edib.

“Biz liderlər səviyyəsində bütün formatlara açığıq, əsas odur ki, bu dialoq başlasın. Müharibə və gərginlik ancaq danışıqlar masası arxasında həllini tapa bilər”, – deyə Zelenski bəyan edib.

O, xüsusilə ərazi məsələlərinin həssas mövzu olduğunu vurğulayıb və bunun yalnız onunla Rusiya Prezidenti Vladimir Putin arasında müzakirə olunmalı məsələ olduğunu qeyd edib:

“Ərazilərlə bağlı sualları mən şəxsən Putinlə müzakirə etməyi vacib sayıram. Bu məsələ üçüncü tərəflərin deyil, iki ölkə liderlərinin qərar verəcəyi bir mövzudur.”

Zelenski həmçinin görüşün hər hansı ilkin şərt olmadan keçirilməsinin tərəfdarı olduğunu bildirib: “Şərtlər irəli sürülmədən, açıq dialoq yolu ilə görüş baş tutmalıdır. Yalnız bu halda real nəticələr əldə etmək mümkündür.”

Prezidentin sözlərinə görə, Ukrayna tərəfi istənilən vaxt dialoqa hazırdır və beynəlxalq tərəfdaşların da bu prosesdə dəstəyini yüksək qiymətləndirir. O, həmçinin qeyd edib ki, dünya birliyi sülhə nail olmaq üçün səylərini artırmalıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR