İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Putinlə bağlı BU SƏNƏDİ Trampa verdi, Lavrovdan ŞOK açıqlama

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampa Rusiyanın keçmişdə bütün atəşkəs rejimini pozması ilə bağlı faktları çatdırdığını bildirib. Zelenski “Ukraynaya dəstək” plenar iclasında çıxışı zamanı deyib.

"Bu il əsl, etibarlı sülhün başlanğıc ili olmalıdır. Putin bizə bu sülhü verməyəcək. Onu nəyinsə müqabilində verməyəcək. Biz sülhü güc, müdriklik və birlik sayəsində əldə etməliyik. Sizinlə əməkdaşlığımız sayəsində əldə etməliyik. Sülh bir saatda elan oluna bilməz. Bunu bir gündə - bu gün, sabah, o biri gün elan etmək olmaz. Təəssüf ki, bu, reallıqdır", - Zelenski qeyd edib.

O, ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun səfərindən də danışıb. "General Kelloq Ukraynada olarkən mən ona ABŞ prezidentinə təqdim etməsi üçün sənəd verdim. Sənəddə Rusiya tərəfindən pozulan atəşkəslərin siyahısı, konkret tarixləri yer alır. Buna görə də sülh balanslaşdırılmış diplomatiyanın və tamamilə aydın təhlükəsizlik zəmanətlərinin nəticəsi ola bilər", - Zelenski vurğulayıb.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu hərbi analitik Azad İsazadə ilə Ukrayna münaqişəsini müzakirə edir.

https://www.facebook.com/tvmusavat


https://www.youtube.com/@musavattv

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR