Onlayn ictimai-siyasi qəzet
Rusiyada rabitə sahəsinə nəzarət edən qurum — Roskomnadzor (RKN) vətəndaşların xaricdə mobil rabitədən istifadəsini qismən məhdudlaşdırmağı planlaşdırır.
Musavat.com xəbər verir ki, səbəb kimi rusiyalıların rouminqdə olduğu zaman zənglərin izlənilməsinin mümkünsüzlüyü göstərilir. Bu isə son aylarda kəskin artan telefon fırıldaqlarına şərait yaradır.
Yeni qaydalara görə, bəzi rus nömrələri xaricdə bloklanacaq. Yalnız “ağ siyahıya” daxil edilən — “etibarlı və vicdanlı abunəçilər” istisna təşkil edəcək.
Beləliklə, yaxın vaxtlarda xaricdə yaşayan və ya tez-tez səfər edən rusiyalıların mobil nömrələri üçün məhdudiyyətlərin tətbiqi gözlənilir.
Musavat.com
22 Sentyabr 2025
21 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ