Onlayn ictimai-siyasi qəzet
Ukrayna bu il müharibəni bitirmək üçün mümkün olan hər şeyi edir. Müharibənin dayandırılması Ukrayna və onun tərəfdaşlarının ümumi məqsədidir.
“Report” Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Volodimir Zelenski Almaniyada "Ramştayn" formatında keçirilən iclasda çıxışı zamanı bildirib.
"Bu il müharibənin Ukrayna və bütün Avropa üçün ləyaqətli şəkildə başa çatması üçün mümkün olan hər şeyi edirəm. Və bilirəm ki, sizin dəstəyinizə güvənə bilərəm. Hamımız yadda saxlamalıyıq ki, müharibənin dayandırılması Rusiyanın yox, bizim ümumi məqsədimizdir - bunu ukraynalılar, avropalılar, amerikalılar və bir çox qlobal tərəfdaşlarımız istəyir", - Zelenski vurğulayıb.
O, həmçinin qeyd edib ki, Yaponiya, Səudiyyə Ərəbistanı və Argentina kimi ölkələr də Ukraynaya sülh arzulayır.
Ukrayna Prezidenti hesab edir ki, Rusiyanın 2025-ci il üçün hərbi büdcəsi ötənilki büdcədən 25 % çox olduğu üçün onun bütün enerji sektoruna qarşı sanksiyalar tətbiq edilməlidir.
10 Yanvar 2025
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ