Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində keçirdiyi əməliyyatı şərh edib. Ukrayna lideri bildirib ki, müharibə “təcavüzkarın ərazisinə doğru gedir”.
“Bu gün Ali Baş Komandan Sırski artıq bir neçə dəfə cəbhə və bizim hərəkətlərimiz, müharibəni işğalçının ərazisinə sıxışdırmaq barədə məruzə edib. Bunu təmin edən Müdafiə Qüvvələrimizin hər bir bölməsinə təşəkkür edirik. Ukrayna sübut edir ki, o, həqiqətən ədaləti necə bərpa edəcəyini bilir və təcavüzkara lazım olan təzyiqi göstərir”,- Zelenski deyib.
Prezident Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumu haqqında əlavə məlumat verməyib. Eyni zamanda o qeyd edib ki, Ukrayna döyüş briqadaları dövləti effektiv şəkildə müdafiə edir və işğalçını məhv edir.
“Biz bütün cəbhəni, Sumi vilayətini, Xarkov vilayətini, Donetsk bölgəsindəki bütün istiqamətləri, xüsusən də Pokrovski, Toretski, Kramatorskı və dövlətimizin cənubunu diqqətdən kənarda qoymuruq. Hər yerdə Ukrayna əsgərlərinə təşəkkür etmək üçün səbəb var”, - deyə prezident əlavə edib.
Şahanə Rəhimli,
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ