İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski: “İstanbuldakı Rusiya heyəti qərar verə biləcək səviyyədə deyil”

Ukrayna Prezidenti Volodimir Zelenski İstanbulda aparılan danışıqlarla bağlı sərt açıqlamalarla çıxış edib.

Musavat.com xəbər verir ki, Avropa Siyasi Birliyi sammitində danışan dövlət başçısı Rusiya nümayəndə heyətinin çox aşağı səviyyəli olduğunu və heyətdə ölkə adından real qərar verə biləcək heç kimin yer almadığını bildirib.

Zelenskinin sözlərinə görə, əgər Rusiya nümayəndələri bu gün atəşkəslə bağlı razılığa gəlməsələr, bu, Prezident Putinin diplomatik səyləri sabotaj etməyə davam etdiyini sübut edəcək.

O əlavə edib ki, əgər Rusiyanın iştirakı sadəcə beynəlxalq ictimaiyyəti aldatmaq üçün səhnələşdirilmiş bir nümayişdirsə, dünya bu cəhdə sərt cavab verməli və Rusiya bank sektoruna və enerji sahəsinə qarşı yeni sanksiyalar tətbiq etməlidir.

Ukrayna lideri həmçinin sülh danışıqlarına ən azı minimal inamın bərpa olunması üçün əsirlərin dəyişdirilməsi və zorla aparılmış ukraynalı uşaqların geri qaytarılmasının vacibliyini vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 May 2025

16 May 2025

BÜTÜN XƏBƏRLƏR