İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski ilə TARİXİ MÜQAVİLƏ imzalanır - Tramp elan etdi

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə görüşlərini Rusiya-Ukrayna müharibəsinə son qoymaq səyləri baxımından “çox uğurlu” kimi qiymətləndirib.

Musavat.com bu barədə xarici mediaya istinadən xəbər verir.

"Biz müharibəni bitirmək üçün çox çalışırıq. Düşünürəm ki, çox irəliləyiş əldə etmişik və bu proses olduqca sürətlə gedir", - Tramp deyib. 

O əlavə edib ki, sülhə doğru irəliləyiş Ukrayna prezidenti Volodimir Zelenskinin Ağ Evə səfəri ilə davam edəcək.

"Biz ABŞ-ı Ukrayna torpaqlarının, neftinin və qazının inkişafında mühüm tərəfdaş edəcək tarixi müqavilə imzalayacağıq".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR