İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski bu şəxslərə sanksiya TƏTBİQ ETDİ - Məşhur jurnalistlər QARA SİYAHIDA

Ukrayna prezidenti Vladimir Zelenski 18 hüquqi və 130 fiziki şəxsə, o cümlədən rusiyalı jurnalistlərə qarşı sanksiyalar tətbiq edib.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu, prezidentin ofisinin saytında dərc olunan iki fərqli fərmanda əks olunub.

Sanksiya siyahısına daxil edilənlər arasında "Rossiya 1" telekanalının hərbi müxbiri Aleksandr Sladkov, Birinci kanalın aparıcısı Arina Şarapova, NTV telekanalından Andrey Norkin, "Zvezda" kanalının aparıcısı Nadana Fridrixson, "Ukraina.ru" saytının baş redaktoru İskəndər Xisamov və digərləri var.

Hüquqi şəxslər sırasında isə “Başqa Ukrayna” adlı beynəlxalq ictimai hərəkat, “Tavriya” televiziya və radio şirkəti, Sankt-Peterburq hökumətinin “Petrosentr” informasiya-nəşriyyat mərkəzi, “Pravda.Ru” nəşri və digər qurumlar yer alır.

Sanksiyalara Ukraynada tanınmış politoloq Vadim Karasev və "112 Ukrayna" telekanalının keçmiş baş prodüseri Artem Marçevski də daxil edilib.

Sanksiyalar 10 il müddətinə tətbiq olunub və ənənəvi olaraq aşağıdakı tədbirləri əhatə edir:

  • Ukrayna ərazisində aktivlərin bloklanması

  • Lisenziyaların ləğvi

  • Əqli mülkiyyət obyektlərinin ötürülməsinə qadağa

  • Ticarət razılaşmalarının dayandırılması

  • Ukrayna dövlət mükafatlarının ləğvi

Qeyd olunub ki, Zelenski mütəmadi olaraq Rusiya vətəndaşlarına, təşkilatlarına, eləcə də Rusiya ilə əməkdaşlıqda ittiham olunan ukraynalılara və digər ölkələrin vətəndaşlarına qarşı sanksiya fərmanları imzalayır. Bu siyahıların hazırlanması ilə Ukraynanın müxtəlif nazirlik və qurumları məşğul olur, təkliflər verir və daha sonra Təhlükəsizlik Şurası müvafiq qərar qəbul edir.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Aprel 2025

16 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR