Onlayn ictimai-siyasi qəzet
Prezident Vladimir Zelenski Avropa liderlərinin qeyri-rəsmi görüşündə və Avropa Şurası sammitində iştirak etmək üçün çərşənbə Brüsselə gedib.
Musavat.com xəbər verir ki, o, bu barədə Telegram kanalında yazıb.
Dövlət başçısının sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq Avropa üçün fundamental məsələdir və Avropa ölkələrinin əlaqələndirilmiş və səmərəli fəaliyyətini tələb edir.
“Bu səfərdə Fransa, Almaniya, İtaliya, Danimarka, Hollandiya, Polşa, Çexiya liderləri və hökumət başçıları, NATO-nun baş katibi, Avropa Şurasının və Avropa Komissiyasının sədri ilə görüşlər planlaşdırılır. Böyük Britaniya və digər ölkələrin nümayəndələri ilə də görüşlər olacaq”, - deyə Zelenski bildirib. O, həmçinin dekabrın 19-da Avropa Şurasının iclasında iştirakını təsdiqləyib.
Şahanə Rəhimli
Musavat.com
19 Dekabr 2024
18 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ