İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Baş Qərargah rəisini DƏYİŞDİ: ŞOK TƏYİNAT - FOTO

Ukrayna prezidenti Volodimir Zelenski Baş Qərargah rəisi Anatoli Bargileviçin vəzifəsindən azad edilməsi və bu vəzifəyə Andrey Qnatovun təyin edilməsi haqqında fərman imzalayıb.

Musavat.com xəbər verir ki, Qnatov bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini vəzifəsini tutub.

"Bu gün, Ukrayna prezidenti general-mayor Andrey Viktoroviç Qnatovu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edib. O, 27 ildən artıq hərbi təcrübəyə malikdir, dəniz briqadasına, “Şərq” operativ komandanlığının qoşunlarına və Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinə komandanlıq edib. Həmçinin prezidentin əmri ilə general-leytenant Anatoli Vladislavoviç Bargileviç Ukrayna Müdafiə Nazirliyinin baş müfəttişi təyin edilib", - Ukraynanın müdafiə naziri Rustem Umerov bildirib.

Qeyd edək ki, fevralın 26-da prezident Volodimir Zelenski Andrey Qnatovu Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələr komandanı vəzifəsindən azad edib. Fevralın 27-də isə Rustem Umerov dövlət başçısı ilə razılaşdıraraq Qnatovu Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini təyin edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Mart 2025

BÜTÜN XƏBƏRLƏR