Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radadakı nümayəndəsi, deputat Fedor Venislavskini istefaya göndərib.
Zelenski bununla bağlı müvafiq fərman imzalayıb.
Ukrayna KİV yazır ki, Venislavski son zamanlar öz açıqlamaları ilə gündəmə gəlib. Belə ki, o Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeriy Zalujnıy barəsində ittihamlar səsləndirən deputat Mariyana Bezuqlayanı kəskin tənqid edib. O, eləcə də orduya çağırış vərəqələrini elektron poçt vasitəsilə göndərmək ideyasını irəli sürüb.//Qafqazinfo
18 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ