İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski ABŞ-ın yeni resurs sövdələşməsi ilə dalana dirənib

Musavat.com xəbər verir ki, Fransanın nüfuzlu "Le Monde" qəzeti ABŞ-ın Ukrayna ilə bağlı yeni resurs müqaviləsini ifşa edib.

Məqalədə bildirilir ki, Vaşinqton Kiyevi ya tam vassal olmağa, ya da güclü müttəfiqinin dəstəyini itirmək riski ilə üzləşməyə məcbur edir.

Nəşrin analitiki Marin Jeqo Tramp administrasiyasının irəli sürdüyü "iqtisadi tərəfdaşlıq" modelini sərt tənqid edib:

"Bu, Ukraynanın bütün resurs və infrastrukturunun ABŞ-a təhvil verilməsi deməkdir. Bu sövdələşmə Kiyevin tam vassalizasiyasına yol açır."

Bu iddialar fonunda Zelenskinin çıxış yolu tapıb-tapmayacağı sual altındadır. ABŞ-ın təzyiqləri və yeni geosiyasi reallıqlar Ukraynanı çətin seçim qarşısında qoyub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR