İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski: ABŞ-ın hərbi yardımı borc deyil

Musavat.com xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski keçirdiyi brifinqdə ABŞ-ın hərbi yardımı, Ukraynadakı potensial hərbi kontingent, mineral ehtiyatlarla bağlı yeni razılaşmalar və Rusiya ilə mümkün danışıqlar haqqında vacib açıqlamalar verib.

Əsas məqamlar:

▪️ABŞ-ın hərbi yardımı borc deyil. Zelenski bildirib ki, Ukrayna verilən yardımı kredit kimi qəbul etməyəcək: "Biz dəstəyə görə minnətdarıq, amma bu, kredit deyil".

▪️Ukrayna ərazisində hərbi kontingentin yerləşdirilməsi ilə bağlı kritik görüş keçiriləcək. Prezidentin sözlərinə görə, qarşıdakı həftə ərzində “çox dar çərçivədə” əsas tərəfdaş ölkələrlə bu məsələ müzakirə olunacaq: "Ukraynada hərbi kontingentin yerləşdirilməsinə 100% hazır olan əsas ölkələr bu görüşdə iştirak edəcək".

▪️Kəşfiyyat məlumatlarına çıxış genişləndirilir. Ukrayna bəzi ölkələrlə razılaşma əldə edərək, kəşfiyyat məlumatlarının mübadiləsini artırıb.

▪️ABŞ “enerji atəşkəsi”nin monitorinqi üçün Səudiyyə Ərəbistanı və Türkiyə ilə məsləhətləşmələr aparır. Vaşinqton bu ölkələrlə Ukraynada enerji təhlükəsizliyinin təmin olunması məsələsini müzakirə edəcək.

▪️Rusiya qoşunlarının Sumi vilayətinə hücum etməməsi üçün Ukrayna Kursk vilayəti yaxınlığında onların toplanmasını məhdudlaşdırır.

▪️ABŞ Ukraynaya yardımın tamamilə pulsuz olmayacağını rəsmi şəkildə bəyan edib.

▪️Zelenski Müdafiə naziri Umerova Rusiyanın atəşkəsi pozduğunu sübut edən bütün materialları ABŞ-a təqdim etməyi tapşırıb.

▪️Sülh danışıqları məsələsində Ukrayna açıqdır. Prezident vurğulayıb ki, Putin bu mövzuda danışmaq istəməsə belə, Ukrayna Rusiyanın digər nümayəndələri ilə əlaqə qurmağa hazırdır.

▪️ABŞ Ukraynanın mineral ehtiyatları ilə bağlı rəsmi təklif göndərib. Ukrayna hökuməti və Prezident Ofisi bu təklifi artıq rəsmi şəkildə alıb və yaxın vaxtlarda bu istiqamətdə danışıqlar gözlənilir.

▪️Putinin Ukraynadakı seçkilər və “müvəqqəti idarəçilik” haqqında bəyanatına Zelenski sərt reaksiya verib. Prezident qeyd edib ki, Kreml rəhbəri bu bəhanədən istifadə edərək müharibəni uzatmağa çalışır.

Brifinqdən sonra beynəlxalq analitiklər hesab edirlər ki, ABŞ və Ukrayna arasında hərbi və iqtisadi əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Mart 2025

BÜTÜN XƏBƏRLƏR