İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski 1200 əsgərinin cəsədini və gənc əsirləri Rusiyadan aldı - FOTOLAR

Rusiya və Ukrayna arasında bu həftə ərzində dördüncü dəfə əsir mübadiləsi həyata keçirilib.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski özünün sosial şəbəkə hesabında məlumat yayıb.

Zelenski bildirib ki, bu dəfə azad edilənlərin əksəriyyəti 2022-ci ildən Rusiya əsirliyində saxlanılan, ağır yaralı, xəstə və 25 yaşdan kiçik Ukrayna Silahlı Qüvvələri hərbçiləridir.

Ukraynanın Hərbi Əsir Məsələləri üzrə Koordinasiya Qərargahının məlumatına görə, azad edilənlərin çoxu Mariupolun müdafiəsi zamanı əsir düşmüşdü. Həmçinin Donetsk, Zaporojye, Luqansk, Xerson, Xarkov, Sumı və Kursk istiqamətlərində döyüşmüş hərbçilərin də azad edildiyi qeyd olunub. Azad olunanların dəqiq sayı açıqlanmayıb.

Mübadilə çərçivəsində həmin gün Rusiya tərəfi 1200 ukraynalı hərbçinin cəsədini də Kiyevə təhvil verib.

Eyni zamanda, Rusiya Müdafiə Nazirliyi də Ukrayna əsirliyindən daha bir qrup Rusiya hərbçisinin azad edildiyini təsdiqləyib. Həmin şəxslərin hal-hazırda Belarus ərazisində olduqları bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyun 2025

14 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR