Onlayn ictimai-siyasi qəzet
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Xankəndidə keçirilən media forumunda ukraynalı jurnalist Dmitri Qordonun iştirakına sərt və qısqanc reaksiya verib.
Zaxarova iddia edib ki, Qordonun tədbirdə görünməsi Qərbin Cənubi Qafqaza müdaxilə niyyətinin göstəricisidir:
“Bu proseslərin arxasında bölgəmizdə sülh və sabitliyə nifrət edən Qərb qüvvələrinin əli olduğunu düşünənlərlə tam razıyam. Düşünürəm ki, Qordonun ora göndərilməsi çox ciddi siqnaldır,” – deyə Rusiya XİN rəsmisi bildirib.
Zaxarovanın bu açıqlaması bir tərəfdən Rusiya diplomatiyasının Xankəndidəki ictimai və siyasi dinamikanı nəzarətsiz buraxmaq istəmədiyini, digər tərəfdən isə Azərbaycanın beynəlxalq informasiya platforması qurmaq cəhdlərini qərbyönlü fəaliyyət kimi təqdim etmək niyyətində olduğunu göstərir.
Azərbaycan baxımından isə Qordon kimi tanınmış beynəlxalq jurnalistin Xankəndidə keçirilən tədbirdə iştirakı ölkənin post-münaqişə dövründə beynəlxalq informasiya nüfuzunu gücləndirmə və Qarabağ üzərində tam suverenliyini nümayiş etdirmə səylərinin bir hissəsi kimi dəyərləndirilir.
Zaxarovanın “narahatlığı” isə Azərbaycanın informasiya sahəsində müstəqil oyunçuya çevrilməsindən doğan geosiyasi qısqanclığın ifadəsi kimi oxunur.
Musavat.com
25 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ