İnsanlara hürriyət, millətlərə istiqlal!

Cibindən 3 min manat pul çıxdı - Dilənçinin “gəliri” gündəm oldu - FOTO

Türkiyənin Van şəhərində dilənçi bir gündə 75 min lirə topladı – Polis saxladı

Musavat.com xəbər verir ki, Türkiyənin Van şəhərində polis əməkdaşlarının keçirdiyi reyd zamanı saxlanılan dilənçinin üzərindən 75 950 türk lirəsi (təxminən 3184 manat) çıxıb.

Məlumata görə, həmin şəxs gün ərzində şəhər mərkəzində müxtəlif yerlərdə dilənərək bu məbləği toplayıb. Hadisə yerində çəkilən görüntülər sosial şəbəkələrdə geniş yayılıb və cəmiyyətdə böyük rezonans doğurub.

Van polisi dilənçiliyin qanunsuz olduğunu və bu kimi hallarla mübarizənin davam etdiriləcəyini bildirib. 

 

Musavat.com

photo_2025-07-25_21-51-03.jpg (175 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyul 2025

27 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR